Qay-Maq

Süd məhsulları

Süd -təbiətin bizə bəxş etdiyi heyrətamiz qidadır. Tərkibindəki müxtəlif qida maddələri, özünəməxsus tarazlığı və asan əldə olunması, südü universal ərzağa çevirir.

Südün ilkin xüsusiyyətlərini saxlamaq üçün, biz onu 98°C-də buxar vasitasilə pasterizə edirik. Sterilizə edilmə zamanı südün yüksək temperaturda qızdırılması, onun tərkibindəki vitaminləri məhv edir. Həmçinin, kalsium və fosfor birləşərək orqanizm üçün yararsız hala gəlir. Buna görə də yalnız təzə və pasterizə olunmuş süd və süd məhsulları orqanizm üçün xeyirli sayılır.

Süd- Təbii, pasterizə edilmiş

Qablaşdırılma: 0,5 litr və 0,8 litr
Saxlama müddəti: 3-4 gün

Biz südü 98°C temperaturda buxar vasitəsilə pasterizə edərək, onun tərkibindəki xeyirli maddələri və əsl kənd südünün dadını qoruyuruq.

“Qaymaq” südü – Təbiətin özüdür!

Qaymaq-təbii

Yağlılığı 54-60 %

Qablaşdırılma: 240 gr və 660 qr
Saxlama müddəti: 3-4 gün

Qaymaq süd məhsulu olub, separasiya vasitəsilə yağlı süddən alınır. “Qaymaq” qaymaqları yüksək keyfiyyətli süddən, əlavələrsiz və konservantlarsız, buxarla pasterizə edilməklə əldə olunur. Qaymaq səhər yeməyi, qəlyanaltılar, xörəklərin hazırlanması və bişintilər üçün ideal bir ərzaqdır.

“Qaymaq” qaymağı-ən qaymaqlı qaymaqdır.

Qatıq

Qablaşdırılma: 870 qr
Saxlama müddəti: 14 gün

Qatıq istehsalında biz, heç bir əlavələr etmədən yüksək keyfiyyətli təbii süddən və tərkibində bolqar çöpləri və turş südlü streptokoklar olan mayadan istifadə edirik. Bu ərzaq həzm prossesinə yararlı olub, unudulmaz dada malikdir. Sağlam qidalanmaq və Azərbaycan süfrəsi üçün əvəzolunmaz ərzaqdır.

“Qaymaq ” qatığı – nuş olsun!

Nehrə

Qablaşdırılma: 500 qr və 1 kq. Xüsusi qabda qablaşdırılır.
Saxlama müddəti: soyuducuda 10 gün, dondurucuda 3 ay.

Azərbaycanın qədim ənənələrinə söykənən Nehrə yağı, xüsusi texnologiya vasitəsilə hazırlanır. Biz yağlı qaymağı uzun müddət xüsusi hazırlanmış silindirvari cihazda çalxalayaraq, heç bir əlavələr edilmədən ideal dadı olan maddə əldə edirik. Nehrə öz-özlüyündə təbii məhsuldur.

“Qaymaq” nehrəsi – ənənələrdən gələn daddır!

Kəsmik yağlı

18% yağlı

Qablaşdırılma: 400 qr və 1 kq. Xüsusi qabda qablaşdırılır.
Saxlama müddəti: 7 gün

Kəsmik, südün qatılaşdırılması və mayalanması nəticəsində onun tərkibindəki zülallardan mayenin ayrılması prossesi ilə düzəlir. Yağlı kəsmik doyumlu və xeyirli ərzaq olub özündə vacib vitaminləri və mikroelementləri birləşdirir. Müştərilərimizin dediyinə görə bizim kəsmik ən dadlı kəsmikdir. Başqa cür ola da bilməzdi. Çünki, biz kəsmiyi sadəcə olaraq təbii südü mayalandırmaqla əldə edirik.

“Qaymaq” kəsmiyi – təbii daddır!

Kəsmik yağsız

3% yağlı

Qablaşdırılma: 400 qr və 950 qr. Xüsusi qabda qablaşdırılır.
Saxlama müddəti: 7 gün

Kəsmik yetərincə xeyirli ərzaqdır. Onun istehsalında biz, heç bir əlavələr etmədən südü mayalandırırıq. Yağsız kəsmik, artıq çəkili, pəhriz saxlayanlar, və ümumiyyətlə sağlam qidaya üstünlük verənlər tərəfindən yüksək populyarlıqla qarşılanır.

“Qaymaq” kəsmiyi – təbii daddır!

Pendir

Az duzlu və duzsuz

Qablaşdırılma: 1 kq
Saxlama müddəti: 5 – 7 gün

Pendir qədim dövrlərdən insanlar tərəfindən kəşf olunan ərzaqdır. Pendirin müxtəlif növləri olsa da, ən xeyirli pendir – yağsız bəyaz pendirdir. Yağlılığı aşağı yəni, 18 % olan mükəmməl, zərif və yumşaq “Qaymaq” pendirləri gündəlik rasion üçün çox faydalıdır. Bizim çeşidlərin içərisində, ənənəvi pendirə (3 % duzda saxlanılan) və pendirə dəyər verənlər üçün xüsusi duzsuz dietik pendirə rast gəlmək olar.

“Qaymaq” pendiri – düzgün səhər yeməyi üçündür!

Xama

25% -lik

Qablaşdırılma: 330 qr
Saxlama müddəti: 14 gün

Xama turş südlü məhsul olub, qaymaq və xüsusi mayadan hazırlanır. Xama həm ayrıca həm də xörəklərdə, souslarda, krem və desertlərdə istifadə olunur. Xamamız yetərincə yağlı (25 % ) və çox dadlıdır. Bu dadı yalnız yağlı xama ilə hiss etmək olar.

“Qaymaq” məsləhət görür!

Qatılaşdırılmış şəkərli süd

Qablaşdırılma: 400 qr
Saxlama müddəti: 2 ay

Qatılaşdırılmış şəkərlı südün tərkibi çox sadədir-süd və şəkər. Biz onu yalnız QOST texnologiyası ilə hazırlayırıq. Qatılaşdırılmış şəkərli süd özündə təbii yağlı südün tərkibində olan vitamin və qida maddələrini birləşdirir. Qatılaşdırılma zamanı südün tərkibindəki yararlı maddələr yox olmur, sadəcə konservə olunur. Uşaqlıq illərinin dadı- budur.

“Qaymaq” qatılaşdırılmış şəkərli südü – nostalji daddır!

Bişmiş qatılaşdırılmış şəkərli  süd

Qablaşdırılma: 365 qr
Saxlama müddəti: 1 ay

Bunu uşaqlar çox sevirlər. Biz qaynadılmış qatılaşdırılmış şəkərli südü, qatılaşdırılmış şəkərli südü qaynatmaqla əldə edirik. Onun tərkibi vitaminlər, yararlı maddələr, zülallar və karbohidratlarla zəngindir. Karamel dadı isə hər şeyi üstələyir.

“Qaymaq ” qaynadılmış qatılaşdırılmış şəkərli südü – xeyirli şirniyyatdır!

Çörək

Qədim dövrlərdən çörək, ən vacib, ən xeyirli və əvəz olunmaz qidadır. Həyatı çörəksiz təsəvvür etmək olmaz. Biz sizə çörəyin xeyrindən danışdıq. Sizcə hansı çörək daha xeyirlidir və onu necə seçməliyik? Ən yaxşı tam üyüdülməmiş undan və çovdar unundan hazırlanmış çörəklərə üstünlük vermək lazımdır. Çörəyin tərkibindəki kletçatka və digər çox sayda vacib elementlər onu əvəzolunmaz edir. Ən yaxşı çörəyi təklif etmək üçün “Qaymaq” laboratoriyalarında araşdırmalar aparılmışdır. Buna görə də biz, qurmanların dadını unutmayacağı çörəklər təklif edirik.

Çörək istehsalının xüsusiyyətləri: – Taxıl üyüdülməmişdən qabaq növ və parametrlərə görə bölünür. “Qaymaq” üçün yalnız 1-ci növ istifadə olunur.
– Resepturada dadlılıq və xeyirlilik balansına nəzarət etməklə hər çörəyi xüsusi istehsal edirik.
– Hər bir resept laboratoriya şəraitində ciddi yoxlanılır və sınaqdan keçilir.
– “Qaymaq” reseptlərində süni əlavələr və dadvericilər yoxdur.

Həmçinin bunu da bilmək lazimdır ki, çörəyə qaramtıl rəngi – arpa səmənisi mayası, möhkəmliliyi – kəpək, boz rəngi – çovdar unu və nəhayət şişkinliyi isə maya verir. Un nə qədər kobud üyüdülmüş olsa çörək bir o qədər gec bayatlaşar. Bu məlumatlar sizə zövqünüzə və təlabatınıza uyğun doğru seçim üçün kömək olacaq.

“Borodinski” qara çörək

Tərkibi: çovdar unu, 1-ci növ buğda unu, çovdar kəpəyi,çovdar səmənisi, duz, şəkər, maya, ədviyyat.

Tərkibində çovdar unu olan, ənənəvi qara çörəkdir. Ədviyyatlardan istifadə edərək, xüsusi üsul ilə hazırlanır. Həzm prosesi üçün əhəmiyyətlidir, ağ çörəkdən az kaloriyə malikdir, çovdar ununun xeyirli olduğu hər kəsə məlumdur.

Pəhriz çörəyi, duzsuz

Tərkibi: 1-ci növ buğda unu, çovdar obdırnı unu, süd zərdabı, maya.

Duzsuz pəhriz çörəyi 1-ci növ buğda unundan istifadə edilərək, klassik üsulla hazırlanır ( nəzərinizə çatdıraq ki, əla növ ağ un bizim çörəklərimizin hazırlanmasında istifadə olunmur). Bu boz çörək – ağ və qara çörək arasında kompromisdir və tamamilə əks təsirsizdir. Çəkinin, qanda şəkərin tənzimlənməsinə kömək edir, həzm prosesini yüngülləşdirir və xüsusilə də öz ehtiyatından duzu azaldan insanlar üçün əvəzedilməzdir.

Mayasız kəpəkli çörək

Tərkibi: 1-ci növ buğda unu, buğda kəpəyi, çovdar unu, duz

Mükəmməl mayasız çörək. Az qabarmış olsa da, çox xeyirlidir! Kəpək – taxılın 90% bioloji aktiv olan komponentlərinin cəmləşdiyi hissəsidir. Onlar tez bir müddətdə toxluqdan xəbər verir ki, bu da piylənmədən əziyyət çəkən insanlara tövsiyyə edilir. Bu çörək bağırsaq mikroflorasına zərər verən adi maya ilə deyil, buğda kəpəyi əlavə olunmuş xüsusi bir maya vasitəsilə hazırlanır.

“Kənd” çörəyi

Tərkibi: 1-ci növ buğda unu, maya, duz, ədviyyat

1-ci növ buğda unundan hazırlanmış ədviyyatlı ən sadə çörək olsa da, dadına görə digərlərindən dala qalmır. Yumşaq və ətirlidir – bu çörək səhər yeməyinə, nahara və şam yeməyinə uygundur.

“Bakı” çörəyi – qara, günəbaxan tumlu.

Tərkibi: 1-ci növ buğda unu, çovdar unu, səməni mayası, duz, ədviyyat, günəbaxan tumları

Mayasız çovdar unu çörəyi zəruriliyinə görə birinci yerlərdən birini tutur.Çovdar ununun lifləri buğdaya nisbətən çoxdu, eləcə də kalorisi azdır, çoxlu vitaminə, amin turşularına malikdir və kraxmalı azdır. Səməni mayası isə çörəyə gözəl ətir, nəcib tünd rəng və həzm sistemi üçün zərərli olan adi mayadan istifadə etməməyə imkan verir. Turşuluğu çox olan insanların qara çörəklə ehtiyyatlı davranmağı lazımdır.

“QayMaq” çörəkləri ilə siz dadlı və qidalı ərzaq olan çörəyi ləğv etmədən, lazımı qida maddələri qəbul edərək öz ehtiyyatınızı yarada bilərsiniz.

Un və yarma

Əsrlər boyu insanlar unu, mumkün qədər ağ, təmiz və xırda etməyə çalışıblar. Lakin sonradan aydın oldu ki, mükəmməl məhsul yararsızdır, yüksək növə malik olan ağ un-faktiki olaraq təmiz nişastadır. Orqanizmə zəruri olan əsas lazımlı maddələr (vitaminlər, zülallar, minerallar, liflər) buğdanın qabığında cəmlənmişdir. Buna görə də 1-ci, 2-ci növ un və kəpəkli buğda unu daha xeyirli sayılır.

Eləcə də buğdadan kəpək, rüşeym ( buğda toxuması), xam irmik yarması və s. xeyirli məhsullar alınır.

1-ci növ buğda unu

Qablaşdırılmış: 1 kq

1-ci növ un yüksək növdən daha iridir. O təmiz ağ rəngdən sarımtıl və ya bozumtul rəngdə ola bilər. Bu da onun tərkibindəki az miqdarda buğda qabığının olması ilə əlaqəlidir. Bu unun kül tərkibi -0,75%.

1-ci növ buğda unu çörək, bulka, fəsəli, bəzi növ əriştə və digər məhsulları bişirmək üçün mükəmməldir.

2-ci növ buğda unu

Qablaşdırılmış: 1 kq

2-ci növ unu birincidən daha kobud və tünddür. Onun rəngi açıq bozdan tünd boza və ya qəhvəyi olur, küllülük 1,1-1,2%. Digər un növlərindən fərqli olaraq bu növ unun tərkibində daha çox vitaminlər var. Bu B1,B2,B9,PP,həmçinin E və A vitaminləridir. Vitaminlər öz təsirləri ilə orqanizmin bütün funksiyasını əhatə edir, həyat tonusunu artırır.

2-ci növ buğda unu fəsəli, vafli, düşbərə, pryanik, peçenye və çörəyin bəzi növlərinin istehsalına yararlıdır.

Çovdar unu

Qablaşdırılmış: 1 kq

Çovdar və ondan alınan un həqiqətən şəfa məhsuludur. Çovdar ununun xeyri orqanizmdən duzun, toksinlərin və şlakların çıxarılmasındadır, bununla bərabər müxtəlif xəstəliklərin səbəblərini yox edir. Çovdar lif tərkibinə görə digər taxıllardan üstündür. Bu undan hazırlanan məhsul yaxşı sorulur, orijinal dadı ilə, az kaloriliyi ilə, vitamin və mineral maddələrin yüksək tərkibi ilə seçilir.

Yapışqanlığı aşağı səviyyəli olduğuna görə çörək-bulka məmulatlarını və digər ərzaqları ev şəraitində hazırlamaq üçün çovdar unu ilə buğda ununu qarışdırmaq lazımdır. Pivə və kvasın mayasını hazırlamaq üçün, pryanik, peçenye və əlbəttə ki, ənənəvi çörək növlərinin istehsalında çovdar unundan istifadə olunur.

Xam irmik yarması

Qablaşdırılmış: 1 kq

Siz taxıl məhsullarından daha çox səmərə görmək istəyirsinizsə, onun təmizlənməmiş yarmalarını əldə edin. İrmik yarmasının tərkibində zülallar, nişasta, B qrup E vitaminlər, mineral maddələr. İrmik yarmasının tərkibində çoxlu Qlüten zülalı var.

İrmik sıyığı bir çox mədə bağırsaq sistemi xəstəliklərində tövsiyə olunur. Qastritlərin kəskinləşməsi zamanı onu sakitləşdirmək təsirinə malikdir. Bundan əlavə, bu sıyıq xroniki yorğunluq və ya xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərə məsləhətlidir.

İrmik yarması təkcə irmik sıyığı hazırlanması üçün istifadə edilir. Ondan kulinariyada geniş istifadə olunur. İrmik yarmasını şorbalara, salatlara, tortlara və bir çox başqa yeməklərə əlavə oluna bilər.

Buğda kəpəyi

Qablaşdırılmış: 0,5 kq

Buğda kəpəyi – insan orqanizmi üçün vacib makro və mikro elementlər, əvəzolunmaz lif mənbəyidir. Kəpəkdə təbiətə xas olan bütün faydalı nemətlər var. Bunlar buğda özəyi, buğdanın gül və aleyron qatları-buğdada olan 90% nemətlər. Kəpək vitaminlərlə zəngindir: Beta-karotin, A, E və B qrup vitaminlərlə – onlar 5-dir və çox miqdardadır.

Kəpək sadalanan qida məhsullarına əlavə olunur : qızartmalara, sıyıqlara, şorbalara, salatlara, kisel və kokteyllərə, ət və balıq qiymələrinə, və digər yeməklərə.

Yarma Rüşeym

buğda toxuması

Qablaşdırılmış: 0,5 kq

Buğda toxuması – aktiv maddələrin nadir mənbəyidir. Buğda toxumasının tərkibində 20 makroelement, 18-ə yaxın amin turşular və 12 vitamin maddələr vardır. Buğda toxuması E vitamini ilə zəngindir, həzmi və maddələr mübadiləsini tənzimləyir, orqanizmdən şlakları xaric edir, disbakterioz və diatezin yaxşı profilaktikasıdır, əzələləri möhkəmləndirir, cavanlaşdırıcı effektə malikdir.

Əsasən ondan sıyıqlarda və əlavələrdə istifadə edirlər (isti dəymədən), desert kimi mürəbbələrdə, balda, ağartı məmulatlarında, kvasın hazırlanmasında, kosmetik maskalarda əlavə kimi istifadə olunur.